Evə basqın edənlər   saxlanıldı
23 oktyabr 2022 15:49 (UTC +04:00)

Evə basqın edənlər saxlanıldı

Xətai rayonu “NZS” qəsəbəsində yerləşən evlərdən birinə basqın edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a  verilən xəbərə görə, naməlum şəxslər evə əllərində olan bıçaqla daxil olaraq mənzildə olan qızıl-zinət əşyalarını, o cümlədən 1200 manatı ələ keçiriblər.

Hadisə barədə məlumat daxil olan kimi Xətai rayon Polis İdarəsinin əməkdaşları axtarışlara başlayıb. Əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Surac Salmanov tutularaq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Tərlan Abbasov və Surac Salmanovun paytaxt ərazisində digər analoji cinayətlər törətdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xətai Rayon Polis İdarəsinə və ya ərazi polis orqanlarına müraciət edə bilərlər.

# 2517
avatar

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21