Əsgər rəisinə hücum etdi:  Güllələndi
06 yanvar 2023 18:25 (UTC +04:00)

Əsgər rəisinə hücum etdi: Güllələndi

Avstriyada 20 yaşlı əsgər rəisinə hücum edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Vyananın cənubundakı "Wiener Neustadt" hava limanının kazarmasında baş verib.

Kazarmanın gözətçi otağında olan gənc əsgər rəisə hücum edib. Rəis bunun qarşılığında əsgəri güllələyib.

Əldə edilən məlumatlara görə, əsgər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2094
avatar

Arzu Qurbanlı

Oxşar yazılar