Ermənilər növbəti dəfə Kəlbəcəri ATƏŞƏ TUTDU
03 may 2022 10:22 (UTC +04:00)

Ermənilər növbəti dəfə Kəlbəcəri ATƏŞƏ TUTDU

Mayın 2-si saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Fidan İlqar

Oxşar yazılar