Əri ilə dalaşan azərbaycanlı qadın özünü çaya atdı
22 avqust 2024 17:43 (UTC +04:00)

Əri ilə dalaşan azərbaycanlı qadın özünü çaya atdı

Türkiyədə əri ilə dalaşan azərbaycanlı qadın intihara cəhd edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Antalya şəhəri Konyaaltı adlanan ərazidə baş verib. Psixoloji problemləri olduğu deyilən Kəbutər Babayeva ilə əri Emin Yapıcılar arasında naməlum səbəbdən münaqişə yaşanıb. Bu zaman qadın özünü Boğaçayın sularına atıb.

Hadisə yerinə çağırılan xilasedicilər 1 saat sonra qadını sudan çıxarıblar. Məlumata görə, qadın əvvəlcə xilasedicilərdən qaçmağa çalışıb. Lakin sonda o, inadından dönüb və razılaşaraq, xilasetmə əməkdaşlarının qayığına minib. Daha sonra isə qadın ifadəsi alınması üçün polis şöbəsinə aparılıb.

Onun əri Emin Yapıcılar isə bildirib ki, arvadına, "Gəl danışaq, məsələni həll edək" desə də, qadın buna məhəl qoymayıb və özünü çaya atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3153
avatar

Oxşar yazılar