Dünən 24 nəfər toya görə cərimələnib
13 oktyabr 2021 16:15 (UTC +04:00)

Dünən 24 nəfər toya görə cərimələnib

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və bölgələrdə ümumilikdə 84 toy məclisində yoxlama aparıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, monitorinq 64 şadlıq sarayı və 20 həyətyanı sahədə keçirilən toy məclislərini əhatə edib. 

Yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 24 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

147 nəfər isə COVID-19 pasportu olmadığı üçün toya buraxılmayıb.

# 1392
avatar

Mehman Nəbiyev

Oxşar yazılar