DSMF-nin 230 min manat mənimsəyən əməkdaşı hakim qarşısına çıxarılır
29 dekabr 2020 12:14 (UTC +04:00)

DSMF-nin 230 min manat mənimsəyən əməkdaşı hakim qarşısına çıxarılır

Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri barəsində olan cinayət işinin ibtidai istintaqı bşaa çatıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

DSMF-nin Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə fondun Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Ələkbərov Elçin Qoşqar oğlunun həmin fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Qəmbərov Arif Rəşid oğlu və pensiya təyinatı sektorunun müdiri Eminova Səmayə Zakir qızı ilə birlikdə ayrı-ayrı şəxslərə saxta sənədlər əsasında pensiya təyin edilməsi müqabilində 5 nəfərdən ümumilikdə 23 min 500 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 19 min 280 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Elçin Ələkbərovun ayrı-ayrı vaxtlarda Səmayə Eminova, habelə fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədov Nizami Məmməd oğlu, müdir müavini Xəlilov Bəyəli Şərif oğlu, mütəxəssisi Rafael Novruzov və vətəndaş Şahin Məmmədov ilə birlikdə eyni məqsədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 136 min 300 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 113 min 965 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Elçin Ələkbərovun ayrı-ayrı şəxsləri aldadaraq ümumilikdə 39 min 361 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə, öz qulluq mövqeyindən istifadə etməklə vətəndaş Əbülfəz İbrahimov və digərləri ilə birlikdə 22 nəfərə məxsus cəmi 58 min 300 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr aşkarlanıb.

İş üzrə toplanmış sübutlar əsasında Elçin Ələkbərova, eləcə də qeyd edilən digər şəxslərlə birlikdə cəmi 7 nəfərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və israf etmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 311.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi üzrə aparılan istintaq zamanı vurulmuş 230 min 906 manat məbləğin də maddi ziyanın 197 min 245 manat hissəsinin ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1854
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45