Dərs zamanı hərəkət edən çanta  partladı
29 sentyabr 2023 14:35 (UTC +04:00)

Dərs zamanı hərəkət edən çanta partladı

Polşa məktəbində bir şagirdin bel çantasında olan smartfonu partlayıb. Çanta əvvəlcə kortəbii hərəkət etməyə başlayıb, sonra isə alışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Suçovola İbtidai Məktəbinin ərazisində baş verib.

Müəllimlərdən birinin dediyinə görə, dərsdə bel çantası otaqda təsadüfi hərəkət etməyə başlayıb və sonra yanıb. Təhsil müəssisəsinin əməkdaşları əvvəlcə uşaqları təxliyə edib, daha sonra alovu söndürməyə başlayıblar.

İlkin versiyaya görə, telefon elektrik şəbəkəsinə qoşulu olmayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

# 1632
avatar

Oxşar yazılar