Dənizdə boğulan 5 nəfər SON ANDA  xilas olundu
28 iyun 2021 14:03 (UTC +04:00)

Dənizdə boğulan 5 nəfər SON ANDA xilas olundu

Ötən gün intihara cəhd edən 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 118 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 9 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Mehman Nəbiyev

Oxşar yazılar