Daşkəsəndə evdə PARTLAYIŞ:  yaralanan var
24 oktyabr 2024 10:25 (UTC +04:00)

Daşkəsəndə evdə PARTLAYIŞ: yaralanan var

Daşkəsəndə evdə partlayış olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin M.Əsədov küçəsində yerləşən yaşayış binasında baş verib. 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.

İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, Daşkəsən rayon sakini 52 yaşlı Sadıqov Nadir Telman oğlu 24 oktyabr saat 05:45-də yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib. Ona bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar