Daha bir sahibkar toyun güdazına getdi
10 avqust 2021 16:41 (UTC +04:00)

Daha bir sahibkar toyun güdazına getdi

Şamaxıda restoran sahibi 4 min manat cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.

Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşviq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

# 1842
avatar

Mehman Nəbiyev

Oxşar yazılar