Cinayət işini yüngülləşdirmək üçün pul alan qadın bəlaya düşdü
01 sentyabr 2021 16:40 (UTC +04:00)

Cinayət işini yüngülləşdirmək üçün pul alan qadın bəlaya düşdü

Füzulidə dələduzluq edən qadına cinayət işi açılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla rayonun Kərimbəyli kənd sakini Maral Xəlilovanın Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadənin əməlinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik etməsi müqabilində Xumar Əbüləzimovadan və qardaşı Eldost Hacıyevdən ümumilikdə 13 min manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2613
avatar

Mehman Nəbiyev

Oxşar yazılar