Ceyranbatan su kanalında faciə - 17 yaşlı gəncin meyiti tapıldı  -YENİLƏNİB
24 iyul 2022 16:47 (UTC +04:00)

Ceyranbatan su kanalında faciə - 17 yaşlı gəncin meyiti tapıldı -YENİLƏNİB

Sumqayıtda 3 gün bundan əvvəl itkin düşən 17 yaşlı gəncin kanalda batdığı məlum olub.

Lent.az-ın veridiyi məlumatına görə, 8-ci mikrorayonda yaşayan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlu iyulun 21-də ailəsi ilə Hacı Zeynalabdin qəsəbəsində nənəsigilə gedib. Elə həmin gün evdən çıxan F. Əliyev geri qayıtmayıb.

Bu gün isə onun kanalda batdığı məlum olub.

Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində batması ehtimal olunan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun axtarışları başa çatıb. F.Əliyevin meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

09:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

# 4665
avatar

Oxşar yazılar