Cəlilabadda yol qəzasında yaralanan qadın ölüb.
Lent.az xəbər verir ki, hadisə martın 17-də Uzuntəpə kəndi ərazisində baş verib.
Əliyev Qafil Fikrəddin oğlunun avtomobili idarəetmədən çıxaraq, yol kənarından keçən su kanalına düşüb. Nəticədə onun sərnişini Mirzəyeva Kitabə Naib qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı martın 27-də müalicə aldığı Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.