Çağırılmayan qonaq şadlıq evini qarət etdi - FOTO
06 aprel 2022 12:58 (UTC +04:00)

Çağırılmayan qonaq şadlıq evini qarət etdi - FOTO

Gəncədə şadlıq sarayından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki şadlıq saraylarından vətəndaşlara məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Goranboy raron sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq qismində gəlib və orada spirtli içki qəbul etdikdən sonra digər qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefonu oğurlayıb. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2974

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35