Bu rayonda oğurluq və soyğunçuluq edənlər saxlanıldı - FOTO
01 aprel 2022 09:15 (UTC +04:00)

Bu rayonda oğurluq və soyğunçuluq edənlər saxlanıldı - FOTO

Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 4000 manat olan dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri Orxan Hüseynov və Röyal Səmədov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Pərviz Əhmədov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.

# 1356
avatar

Mehman Nəbiyev

Oxşar yazılar