Bir günə 21 nəfərin 37 min manatdan çox  pulu ələ keçirildi
01 iyun 2024 12:04 (UTC +04:00)

Bir günə 21 nəfərin 37 min manatdan çox pulu ələ keçirildi

Mayın 31-də 21 nəfər kiber dələduzluğa məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev özünü sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, təkcə iki nəfərə dəyən ziyan 20 min manatdan yuxarıdır:

"Düşüncə dəyişməlidir. Təhlükə var və heç kim kiber təhlükədən sığortalanmayıb. Məxfilik, yemək və nəfəs almaq kimi həyatın əsas tələblərindən biridir. Ancaq buna əməl etməyən 21 vətəndaşımızın mayın 31-də bank kartı məlumatları aldadılıb alınmaqla - 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat pulu oğurlanıb. 

Vətəndaş satışa qoyduğu əşyanı almaq üçün Qazaxıstan nömrəsindən zəng edən naməlum şəxsə bank kartı məlumatlarını verməklə 10500 manatını oğurlatdırıb. Naməlum şəxs ona da söz verib ki, beh göndərir, həmin əşyanı gəlib götürəcəklər. 

Başqa bir vətəndaş isə 10245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb. Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaq. 

Kiber dövrdə hər kəs şəxsi məlumatlarını qorumalıdır. Pulu oğurlanan insanları unutmayaq!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar