Binədə üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb
09 aprel 2024 13:38 (UTC +04:00)

Binədə üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb

Binə qəsəbəsində  üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün tutulub.

Onun üzərindən  1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 



 

# 1824
avatar

Sevinc Fərid

Oxşar yazılar