Binədə KÜTLƏVİ DAVA:  saxlanılanlar var
07 oktyabr 2024 09:27 (UTC +04:00)

Binədə KÜTLƏVİ DAVA: saxlanılanlar var

Oktyabrın 6-da saat 01 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1992-ci il təvəllüdlü N.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisə törətməkdə şübhəli bilinən qəsəbə sakini 2006-cı il təvəllüdlü H.Ağayev və 1992-ci il təvəllüdlü S.Ağayev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar