"Binə Atçılıq" qarət olundu
14 iyul 2021 14:12 (UTC +04:00)

"Binə Atçılıq" qarət olundu

“Binə Atçılıq” Məhdud Məsuliyyətli Cəmiyyətində oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Binə Atçılıq” MMC-yə məxsus yardımçı təsərrüfatdan 4000 ABŞ dolları dəyərində 2 ədəd yəhər oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov müəyyən edilərək saxlanılıblar.

# 1485
avatar

Mehman Nəbiyev

Oxşar yazılar