Mingəçevirdə çoxmənzilli yaşayış binasının həyətində yas mərasimi təşkil edildiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və mərasimin keçirilməsinin qarşısını alıblar. Ev sahibi ilə profilaktik söhbət aparılıb və mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib.
Mərasimin təşkilatçısı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.