Binəqədi rayonunda bir nəfərin 800 manat pulu və mobil telefonu talanıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 9-u Biləcəri qəsəbəsində baş verib.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.