"Bəy hamamı"na gedənlər CƏRİMƏLƏNDİ
17 yanvar 2022 14:32 (UTC +04:00)

"Bəy hamamı"na gedənlər CƏRİMƏLƏNDİ

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq işçilərin və bir neçə müştərinin müvafiq COVİD-19 pasportlarının olmadan fəaliyyət göstərməsini aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal obyekt barəsində qanuna müvafiq tədbir görüb.

Obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat, orada işləyən və müştərilər barəsində isə eyni maddənin tələbi ilə 200 manat cərimə edilib.

# 1605
avatar

Mehman Nəbiyev

Oxşar yazılar