Bəşir Süleymanlı ilə birgə saxlanılan "Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə ( Məmməd Alpay) həbs edilib.
Lent.az xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Məmməd Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
Saat 21:00
Bu gün “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının saxlanılması barədə xəbər vermişdik.
Lent.az xəbər verir ki, Bəşir Süleymanlı həbs edilib.
Binəqədi rayon Məhkəməsinə Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən təqdimat daxil olub.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.