Bəşir Süleymanlı və Alpay Məmmədli  həbs edildi   - YENİLƏNİB
14 mart 2025 21:35 (UTC +04:00)

Bəşir Süleymanlı və Alpay Məmmədli həbs edildi - YENİLƏNİB

İctimai fəal Alpay Məmmədli də cinayət məsuliyyətinə cəlb edilib.

Lent.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

***

Saat 21:00

Bu gün “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının saxlanılması barədə xəbər vermişdik. 

Lent.az xəbər verir ki, Bəşir Süleymanlı həbs edilib.

Binəqədi rayon Məhkəməsinə Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068

Oxşar yazılar