Bərdədə "patı" satanlar tutuldu -  FOTO
22 sentyabr 2021 10:03 (UTC +04:00)

Bərdədə "patı" satanlar tutuldu - FOTO

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rauf Qaraşov və Həsən Ravəndi saxlanılıb. Onların üzərində aparılan şəxsi axtarış zaman satış məqsədi ilə qablaşdırdıqları “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Mehman Nəbiyev

Oxşar yazılar