Bayramda rayonlara gedən sürücülərə polisdən MÜRACİƏT
29 dekabr 2024 09:44 (UTC +04:00)

Bayramda rayonlara gedən sürücülərə polisdən MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Lent.az-a daxil olan məlumata görə, hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, qarlı hava şəraiti müşahidə olunur ki, bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayramla əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1988

Oxşar yazılar

Ağdaşda bir nəfər kanalda batdı

Ağdaşda bir nəfər kanalda batdı

10 may 2025 , 10:34
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01
Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

10 may 2025 , 09:56
Ayı meşə işçisini parçaladı

Ayı meşə işçisini parçaladı

10 may 2025 , 09:25
Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

9 may 2025 , 21:06
Ağdamda qadını ilan sancdı

Ağdamda qadını ilan sancdı

9 may 2025 , 19:49
2 yaşlı uşaq  əmisi oğlunu traktorla əzib öldürdü

2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü

9 may 2025 , 19:08