Kamran Əliyev
14 avqust 2024 19:05 (UTC +04:00)

Kamran Əliyev

Baş prokuror onu təqaüdə göndərdi

Yaş həddi ilə bağlı qulluq keçməsinə xitam verilmiş prokurorluq əməkdaşı döş nişanı ilə təltif olunub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatmış Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi İlyaz Seyidov qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar avqustun 14-də Bakı şəhər prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilib. 

Bakı şəhər prokurorluğunda keçirilən görüş zamanı İlyaz Seyidovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə sahəsində peşəkar müstəntiq kimi müxtəlif kateqoriyadan olan, o cümlədən ağır və xüsusilə ağır, bağlı qalmış cinayətlərin istintaqı və bu sahədə gənc mütəxəssislərin formalaşmasındakı səmərəli fəaliyyəti qeyd edilib.

Görüş zamanı ona Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim olunub. 

İlyaz Seyidov göstərilən diqqətə görə minnətdarlığını bildirərək, tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.

Sonda xatirə fotoşəkli çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056
avatar

Oxşar yazılar