Baş nazir  velosipeddən yıxıldı,   huşunu itirdi və...
04 iyun 2023 15:51 (UTC +04:00)

Baş nazir velosipeddən yıxıldı, huşunu itirdi və...

Belçikanın baş naziri Aleksandr De Kroo şənbə günü axşam saatlarında oğlu ilə birlikdə velosiped sürərkən velosipeddən yıxılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ofisindən verilən məlumata görə, qəza Şərqi Flandriyada, onun Brakeldəki evindən bir neçə yüz metr aralıda baş verib.

Onun başının yerə dəydiyi və bir neçə anlıq huşunu itirdiyi qeyd edilir. O, bir sıra müayinələr üçün xəstəxanaya aparılıb, axşam saatlarında isə evinə qayıtdığı bildirilir.

Bu qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi bildirilir.

# 1986
avatar

Oxşar yazılar