Çay evində saxlanılan müştərilər
30 mart 2021 11:01 (UTC +04:00)

Çay evində saxlanılan müştərilər

"Baron" çay evi cərimələndi - FOTO

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı karantin qaydalarını pozan çay evi müəyyən edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı Xırdalan şəhərində vətəndaş Elcan Qurbanovun işlətdiyi "Baron" çay evinin gecə saat 1 radələrində müəyyən edilən qaydalara zidd olaraq müştəriləri qəbul etdiyi məlum olub.

Obyektin sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Mehman Nəbiyev

Oxşar yazılar