"Bandotdel"dən  ƏMƏLİYYAT:   Bir milyonluq dələduzluq edənlər TUTULDU  - VİDEO
05 sentyabr 2022 13:47 (UTC +04:00)

"Bandotdel"dən ƏMƏLİYYAT: Bir milyonluq dələduzluq edənlər TUTULDU - VİDEO

Sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan və zərərçəkənlərə 1 milyon manata yaxın maddi ziyan vuran şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslərin “instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı keçirmək yolu ilə külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmaları barədə nazirliyə çoxsaylı müraciətlər daxil olub.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində zərərçəkənlərin etibarından sui-istifadə edərək onları qeyd edilən yolla aldadan Rəşid Bayramov və tanışı Vüqar Əliyev saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslər instaqram sosial şəbəkəsində “bayramoff_666” və “shahra_mmc” adlı profillər yaradaraq onlara müracət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. Özlərini etibarlı biznes tərəfdarları kimi göstərmək və bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədi ilə Rəşid Bayramov və Vüqar Əliyev səhifələrdə müxtəlif şirnikləndirici videolar yerləşdiriblər. Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradıblar.

Bu yolla 100-dən artıq şəxsin pulunu ələ keçirən hər iki şəxs əslində beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etməyərək dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Rəşid Bayramov və Vüqar Əliyevin bu yolla insanlara 1 milyon manata yaxın ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Rəşid Bayramov və Vüqar Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. 

Sosial şəbəkələrdə 1 milyonluq dələduzluq edənlər TUTULDU

# 6171
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Yol polisinin  maşını YANDI

Yol polisinin maşını YANDI

28 noyabr 2022 , 23:25
Zakir Qaralovun  əmisi qızı   işdən çıxarıldı

Zakir Qaralovun əmisi qızı işdən çıxarıldı

28 noyabr 2022 , 21:53
 Çayxananın damında   FACİƏ: 32 yaşlı kişi öldü

Çayxananın damında FACİƏ: 32 yaşlı kişi öldü

28 noyabr 2022 , 18:49
"Nazirlikdə şöbə müdiri olmaq üçün 20 min verdim" - Şahidlər Səlim Müslümovun üzünə durdu

"Nazirlikdə şöbə müdiri olmaq üçün 20 min verdim" - Şahidlər Səlim Müslümovun üzünə durdu

28 noyabr 2022 , 18:05
"İnsana çəkisinə uyğun ittiham verərlər" - Rasim Məmmədov

"İnsana çəkisinə uyğun ittiham verərlər" - Rasim Məmmədov

28 noyabr 2022 , 17:07
Yüksək rütbəli iki prokuror təqaüdə göndərildi

Yüksək rütbəli iki prokuror təqaüdə göndərildi

28 noyabr 2022 , 15:40
Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi

Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi

28 noyabr 2022 , 15:25
 Elektron siqaret   çəkən yeniyetmə öldü

Elektron siqaret çəkən yeniyetmə öldü

28 noyabr 2022 , 14:47