Balakəndə yaşayış olmayan ev yandı
14 sentyabr 2023 08:10 (UTC +04:00)

Balakəndə yaşayış olmayan ev yandı

Balakəndə üçotaqlı fərdi yaşayış  evi yanıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın hadisəsi saat 01:30-da rayonun Katex kəndinin Qayvalı küçəsində, kənd sakini  Şahin Şaviddin oğlu Balayevə məxsus, ümumi sahəsi 110 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət və hazırda yaşayış olmyan fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın naticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773

Oxşar yazılar