Bulvarda ağaca çırpılan “BakuBus”un  sürücüsünün təzyiqi qalxıbmış - YENİLƏNİB
21 oktyabr 2025 13:33 (UTC +04:00)

Bulvarda ağaca çırpılan “BakuBus”un sürücüsünün təzyiqi qalxıbmış - YENİLƏNİB

0

TƏBİB qəza törədən avtobus sürücüsü ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, 21.10.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən halı pis səbəbilə çağırış daxil olub. 

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub.

Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

***

saat 12:00

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“BakuBus” MMC-dən Lent.az-a bildirilib ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.

***

saat 11:30

Bakıda sərnişin avtobusu qəza törədib.

Lent.az xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

"BakuBus"a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb.

Qəza nəticəsində bir neçə ağac aşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1800

Oxşar yazılar