Bakıya süd-qatıq satmağa gələn qadınlar qəzaya düşdü: ikisi öldü  - YENİLƏNİB
02 noyabr 2021 14:11 (UTC +04:00)

Bakıya süd-qatıq satmağa gələn qadınlar qəzaya düşdü: ikisi öldü - YENİLƏNİB

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonu Ələt qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində Neftçaladan Bakıya süd-qatıq satmağa aparan 58 yaşlı İsmayılova İradə Balaxan qızı və 46 yaşlı Aşurova Əhliqə Ağasəf qızı aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində "Ford" markalı mikroavtobus "Shacman" markalı yük avtomobili ilə toqquşub. Bildirilir ki, mikroavtobus Salyan və Neftçaladan Bakıya süd-qatıq satmağa gələn qadınları daşıyıb.

***

Saat: 09:11

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və şəxsiyyəti naməlum qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8358
avatar

Mehman Nəbiyev

Oxşar yazılar