Qanunsuz sərnişin taksi sürücüləri
29 dekabr 2020 15:41 (UTC +04:00)

Qanunsuz sərnişin taksi sürücüləri

Bakıya qanunsuz sərnişin daşıyanlar saxlanıldı - VİDEO

Karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücünü polis əməkdaşları saxlayıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Anar Nəsibov və sərnişini Elşən Vahabov tutulublar. Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Şamaxı yolundakı karantin postundan qeyri-qanuni yolla keçirərək paytaxta gətirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Bakı-Ələt yolundakı karantin postundan paytaxt qeydiyyatında olmayan sərnişinləri keçirən daha 4 taksi sürücüsü  saxlanılıb. Tədbir zamanı həmin sürücülər – Əhmədağa Fərəcov, Tofiq Həsənov, Rəşadət Hümbətov və Vasif İsmayılov tutularaq Polis İdarəsinə gətiriliblər. Araşdırma zamanı onların müvafiq olaraq Cəlilabad, Tovuz, Ağdam rayonları və Mingəçevir şəhərindən Bakıda qeydiyyatda olmayan sərnişinlər gətirdikləri və bununla da xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Onlar haqqında toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına göndərilib.
 

Qanunsuz sərnişin daşıyan taksi sürücüləri saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Mehman Nəbiyev

Oxşar yazılar