Bakıda yeni doğulmuş körpənin meyitini küçəyə atdılar - ŞOK
01 aprel 2022 15:21 (UTC +04:00)

Bakıda yeni doğulmuş körpənin meyitini küçəyə atdılar - ŞOK

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş qız uşağının meyiti aşkarlanıb. 

Körpə meyitinin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir. 

Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 4197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar