Bakıda vətəndaşın bank kartlarını bu yolla ALDILAR
20 iyul 2022 11:32 (UTC +04:00)

Bakıda vətəndaşın bank kartlarını bu yolla ALDILAR

Bakıda Suraxanıda hədə yolu ilə oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə iyulun 15-də Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Firudin oğlunun döyülüb bıçaqla hədələnərək pulunun, qızıl boyunbağısının, bank kartlarının və idarə etdiyi “KİA” markalı avtomobilin quldurluq yolu ilə talanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Məmmədov, S.Abbasov, Ə.Abbasov və E.Kərimov həmin avtomobildə Hövsan qəsəbəsi ərazisində saxlanılıblar. 

Araşdırma aparılır.

# 2082
avatar

Aytəkin Cəlali

Oxşar yazılar