Bakıda və Cəlilabadda evlər əşyaları ilə birgə yandı
08 yanvar 2021 09:11 (UTC +04:00)

Bakıda və Cəlilabadda evlər əşyaları ilə birgə yandı

Bakının Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

Lent.az FHN-in saytına istinadla xəbər verir ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub;

Cəlilabad rayonunun Uzuntəpə kəndində isə ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 
Hər iki yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Mehman Nəbiyev

Oxşar yazılar