Bakıda sürücüləri soyan "müştəri" saxlanıldı - VİDEO
29 noyabr 2022 15:44 (UTC +04:00)

Bakıda sürücüləri soyan "müştəri" saxlanıldı - VİDEO

Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib. Naməlum şəxs taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək  hadisə yerindən uzaqlaşıb. Zərərçəkənlərin şikayətləri əsasında Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanılıb.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinə göndərilib. Tural Binyətovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi rayon Polis İdarəsinə, 43-cu Polis Bölməsinə, "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 2040
avatar

Oxşar yazılar

Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda evdə PARTLAYIŞ:  ölən var

Bakıda evdə PARTLAYIŞ: ölən var

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36
Bakıda marketlərdən   oğurluq edən saxlanıldı

Bakıda marketlərdən oğurluq edən saxlanıldı

19 aprel 2024 , 10:52
Gəncədə qəzada yaralanan kişi öldü

Gəncədə qəzada yaralanan kişi öldü

19 aprel 2024 , 10:08
BDU-nun tələbəsi intihar etdi

BDU-nun tələbəsi intihar etdi

19 aprel 2024 , 09:20
Bakıda kişi özünü körpüdən atmaq istədi - VİDEO

Bakıda kişi özünü körpüdən atmaq istədi - VİDEO

19 aprel 2024 , 09:17