Oğurluq anı
22 fevral 2022 18:32 (UTC +04:00)

Oğurluq anı

Bakıda sovqat gətirən "kuryer" evləri qarət etdi - VİDEO

Bakıda özünü kuryer kimi təqdim edərək sovqat gətirdiyini deyən şəxs evləri qarət edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. Daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb.

Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən, paytaxt sakini əvvəllər dəfələrdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov saxlanılıb. O, ifadəsində törətdiyi hadisələri etiraf edib.

Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Azad Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bakıda kuryer evi qarət etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160
avatar

Mehman Nəbiyev

Oxşar yazılar