Bakıda şokolad oğrusu  tutuldu
13 yanvar 2023 12:24 (UTC +04:00)

Bakıda şokolad oğrusu tutuldu

Bakıda mağazada qeyri-adi oğurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın B.Sərdarov küçəsində yerləşən “Spar” marketdə qeydə alınıb.

Market rəhbərliyi polisə müraciət edərək mağazada xeyli miqdarda şokoladın oğurladığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 33 yaşlı Rasim Abdülrəhmanov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Mahir Qocayevə məxsus avbtomobildən də 500 manat pul oğurlaması müəyyən ediılib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

# 1617
avatar

Oxşar yazılar