Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev Mərkəzinin qarşısında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Quluzadə Elşən Rəşid oğlu skuterlə yolu keçərkən onu maşın vurub.
Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Faktı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.