Bakıda qadın sirkə turşusu içib öldü
30 avqust 2021 19:06 (UTC +04:00)

Bakıda qadın sirkə turşusu içib öldü

Bakıda qadın intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə avqustun 27-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 65 yaşlı Məmmədova Gülnisə  Kamal qız evdə sirkə içərək özünü öldürmək istəyib.

O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı qadın avqustun 30-da orada ölüb.

İntiharın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2994
avatar

Mehman Nəbiyev

Oxşar yazılar