Bakıda bahalı telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Bir nəfərin 2000 manat dəyərində mobil telefonu oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.