Ana qızının atalıq hüququnu satdı
01 noyabr 2024 16:44 (UTC +04:00)

Ana qızının atalıq hüququnu satdı

Rusiyanın Kaluqa vilayətinin sakini qızına atalıq hüququnu 30 min rubla miqranta satıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 2024-cü ilin martında vilayətin Jukovski rayonundakı qeydiyyat şöbəsi xarici vətəndaşı yerli sakinin azyaşlı uşağının atası kimi qeydiyyata alıb və bu, müvafiq akt, həmçinin yeni doğum haqqında şəhadətnamə ilə təsdiqlənib. Lakin məlum olub ki, rusiyalı qadın və miqrant yalnız bir dəfə atalıq müəyyən etmək üçün səlahiyyətli orqanlarla əlaqə saxlayanda görüşüblər.

İşdə təqsirləndirilən şəxslər etiraf ediblər ki, prosedurun yeganə məqsədi yeni gələn şəxsin sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını əldə etməsi olub. Bunun üçün kişi qızın anasına pul verib. Nəticədə, məhkəmə miqrantla rus qadının eqoist məqsədlərlə hərəkət etdiyi qənaətinə gəlib və atalığın müəyyən edilməsi faktını qanunsuz elan edərək, müvafiq akt qeydinin ləğvi barədə qərar verib.

Rusiyada sadələşdirilmiş vətəndaşlıq əldə etmək üçün atalığın qondarma yaradılması halları tez-tez qeydə alınır. Belə ki, oktyabr ayında Voloqda vilayətində əcnəbilərin qanunsuz leqallaşdırılması sxeminin qarşısı alınıb. Çerepovets sakinləri bir rus qadını yeni gələni qızının valideyni kimi qeydiyyata almağa razı salıblar. Bu, əcnəbiyə Rusiyada sadələşdirilmiş qaydada yaşamaq icazəsi almağa imkan verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar