Bakıda nazirlik qarşısında AKSİYAYA CƏHD : polis müdaxilə etdi
19 noyabr 2021 12:39 (UTC +04:00)

Bakıda nazirlik qarşısında AKSİYAYA CƏHD: polis müdaxilə etdi

Bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur.

Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Mehman Nəbiyev

Oxşar yazılar