Bakıda narkotik paylayan motokuryer  tutuldu
11 iyul 2024 15:46 (UTC +04:00)

Bakıda narkotik paylayan motokuryer tutuldu

Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən daha bir motokuryer saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb.

O, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib. Tədbirlərin davamı olaraq həmin şəxs - 29 yaşlı Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib. 

N.Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib. 

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791
avatar

Fidan İlqar

Oxşar yazılar