Bakıda müəllimi ölümlə hədələyən taksi sürücüsü işdən çıxarıldı - VİDEO  - YENİLƏNİB
23 sentyabr 2022 17:11 (UTC +04:00)

Bakıda müəllimi ölümlə hədələyən taksi sürücüsü işdən çıxarıldı - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda qadının "Uber" taksi xidmətinin sürücüsü tərəfindən ölümlə hədələnməsinə münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a açıqlamasında qeyd edib ki, yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:

"Ayşən Qurbanovanın sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və taksi sürücüsü müəyyən olunub. Lakin, zərərçəkmiş şəxs qismində özünü təqdim edən xanım hər hansısa şikayətinin olmadığını bildirib. Əlavə araşdırmaların aparılmaması ilə bağlı bizdən xahiş edib.

O, bildirib ki, bununla bağlı hər hansı rəsmi şikayəti yoxdur". 

Bundan əlavə, "Tiktok" fenomeni Ayşən Qurbanova öz "Instagram" hesabında "Uber" taksi xidmətinin ona göndərdiyi mesajı paylaşıb: 

"Sürücü artıq sifarişlərdən kənarlaşdırılıb və sizin müraciətinizdən dərhal sonra məlumat sürücünün qeydiyyatda olduğu taksi parkına göndərilib. Biz tətbiq üzərindən olan sifarişlərin komfortlu və təhlükəsiz olması üçün bütün lazımi tədbirləri görəcəyik".

 

***

Saat 13:25

Sosial şəbəkələrdə yayılan, bir qadının "Uber" taksi xidmətinin sürücüsü tərəfindən ölümlə hədələndiyini iddia etdiyi video aləmi bir-birinə vurub. 

Lent.az xəbər verir ki, "Tik-Tok" fenomeni olan ingilis dili müəlliməsi Ayşən Qurbanova dünən başına gələn hadisəni öz "Instagram" hesabında paylaşıb. 

O deyir ki, sürücü tərəfindən təhqir və təhdid olunub:

"Bir neçə gün əvvəl "Uber" taksidən istifadə etdim və sürücü mənə arxa oturacaqda makiyaj etdiyim üçün "Sən tərbiyəsizsən, əxlaqsızsan. Sən makiyaj edə bilmərsən kişi xeylağının yanında. Səni maşından düşürdərəm yolun ortasında, başını kəsərəm. sənin başını əzərəm" və s. bu tipli sözlər dedi.

Bunların hamısını videoya çəkdim, daha sonra həmin sürücünü şikayət etdim. "Uber"ə də şikayət ünvanladım. Mənə biz o sürücünün işi ilə bağlı məhdudiyyət qoyacağıq, nəsə edəcəyik. Çox üzr istəyirik dedilər. Sürücünü işdən çıxarmaq yox, onu etdiyi davranışa görə cəzalandırmaq yox, məndən normal üzr istəmək yox.

Həmin sürücünün maşınına bu gün, sabah başqa bir xanım əyləşsə və həqiqətən də, dediyi kimi onun başını kəssə, ya da yolun ortasında döysə, heç kim yaxınlaşıb kömək etməyəcək. "Uber"dən istifadə edirsinizsə, ucuzdur deyə, sifariş etməyin". 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Nurlan Əliyev Lent.az-a bildirdi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatımız var və məsələ araşdırılır.

Bakıda sürücü qadını ölümlə hədələdi

# 8910
avatar

Nigar Namiq

Oxşar yazılar

Toydan qayıdanda maşını  qaz kəmərinə çırpıb öldü

Toydan qayıdanda maşını qaz kəmərinə çırpıb öldü

27 noyabr 2022 , 00:20
Tanınmış xanım tənqidçi hücuma məruz qaldı - FOTO

Tanınmış xanım tənqidçi hücuma məruz qaldı - FOTO

26 noyabr 2022 , 23:14
AMEA Yasamal rayon Polis İdarəsini məhkəməyə verdi

AMEA Yasamal rayon Polis İdarəsini məhkəməyə verdi

26 noyabr 2022 , 19:58
Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb

Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb

26 noyabr 2022 , 19:30
Bakıda lampanı dəyişən kişi qabırğalarını sındırdı - FOTO

Bakıda lampanı dəyişən kişi qabırğalarını sındırdı - FOTO

26 noyabr 2022 , 19:20
Baş redaktor yol qəzasında öldü

Baş redaktor yol qəzasında öldü

26 noyabr 2022 , 18:55
Bakıda ticarət mərkəzinin qarşısından meyit tapıldı

Bakıda ticarət mərkəzinin qarşısından meyit tapıldı

26 noyabr 2022 , 18:40
Avtobusda bank kartı oğurlayıb alış-veriş etdi

Avtobusda bank kartı oğurlayıb alış-veriş etdi

26 noyabr 2022 , 17:23