Bakıda "moyka"ya gələn maşın QARƏT OLUNDU
05 fevral 2022 18:55 (UTC +04:00)

Bakıda "moyka"ya gələn maşın QARƏT OLUNDU

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulu oğurlanıb.

Bu barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Mehman Nəbiyev

Oxşar yazılar