Bakıda mikroavtobus  QƏZAYA   səbəb oldu, xəsarət alan var -FOTO
24 may 2022 03:23 (UTC +04:00)

Bakıda mikroavtobus QƏZAYA səbəb oldu, xəsarət alan var -FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, Aşur Eyvazov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla köməkçi yoldan əsas yola manevr etmək istəyərkən qəza törədib.

Belə ki, əsas yolda olan “Saipa” markalı avtomobilin sürücüsü maşını yüksək sürətlə mikroavtobusa çırpıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilində olan sürücü müxtəlif bədən xəsarətləri alıb. 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

# 1644
avatar

Oxşar yazılar