Bakıda metro yaxınlığında soyğunçuluq: 23 min manat...  - VİDEO
27 iyul 2022 17:03 (UTC +04:00)

Bakıda metro yaxınlığında soyğunçuluq: 23 min manat... - VİDEO

Bu gün metronun “28 May” stansiyasının yaxınlığında vətəndaşın 23 min manat pulunu soyğunçuluq edərək əlindən alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxt ərazisində metronun “28 May” stansiyasının yaxınlığında vətəndaş Elbrus Umudova qarşı soyğunçuluq edilib. 

Naməlum şəxs onun içərisində 23 min manat olan çantasını soyğunçuluq yolu ilə əldə edərək hadisə yerindən qaçıb. 

Zərərçəkən hadisə barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Abbas Əkbərov tutularaq istintaqa təqdim edilib. 

Onun üzərində axtarış aparılan zaman cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin bir hissəsi və 3 büküm şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Abbas Əkbərovun soyğuçuluq edəndən sonra hadisə yerindən yayınması ərazidə olan təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. 

Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir. Abbas Əkbərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.

# 2967
avatar

Fidan İlqar

Oxşar yazılar

Saxta "uduşlu" lotoreyalara  görə Lənkəranda tutuldu

Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu

6 may 2024 , 15:45
Bakıda  bahalı motosiklet   oğurlandı - VİDEO

Bakıda bahalı motosiklet oğurlandı - VİDEO

6 may 2024 , 14:50
Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

6 may 2024 , 13:55
Mingəçevirdə davanın sonu  QANLA BİTDİ

Mingəçevirdə davanın sonu QANLA BİTDİ

6 may 2024 , 12:20
Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

6 may 2024 , 11:51
Bakıda tapança alverçisini belə yaxaladılar

Bakıda tapança alverçisini belə yaxaladılar

6 may 2024 , 11:25
Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

6 may 2024 , 11:03
Yasamalda “Hyundai” markalı avtomobil   qaçırıldı

Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

6 may 2024 , 10:41